- Bazar
Fevral 22, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Adnan Oktarın həbsinin təfərrüatları: Polisi görən kimi qaçdı - Foto

2018/07/11, 12:48


Adnan Oktarın həbsinin təfərrüatları: Polisi görən kimi qaçdı - Foto

İstanbulda Adnan Oktara qarşı 6 rayonda əməliyyat reallaşdırılıb.

İstanbulda Adnan Oktara qarşı 6 rayonda əməliyyat reallaşdırılıb.

Adnan Oktar və müridləri cinayət məqsədi ilə təşkilat qurmaqda, uşaqların cinsi istismarı, cinsi təcavüz, yetkinlik yaşına çatmayanla cinsi münasibət, uşaqların oğurlanması və qaçırılması, təcavüz, şantaj, insanların azadlığına məhdudiyyət qoymaq, siyasi və hərbi casusluq, dini inanc və duyğuların istismar olunması, fırıldaqçılıq, şəxsi həyatın gizliliyinin pozulması və rəsmi sənədlərdə saxtakarlıq və sair cinayətlərdə ittiham olunurlar. Həbs olunanlar arasında Oktar Babuna da var.

Yaşları 11 və 40 arasında dəyişən 40 qadın cinsi istismar iddiası ilə Adnan Oktar barədə şikayət edib. Haqqında həbs qərarı çıxarılanlar arasında 106 qadın var.

Bildirilir ki, polisin gəldiyini görən Adnan Oktar Çengelköydəki evindən Sarıyerə qaçmaq istəyib. Adnan Oktar hazırda ən böyük bir ittihamla -MOSSAD agentliyi ilə günahlandırılır. Onun Türkiyəyə aid gizli sənəd və informasiyaları MOSSAD-a ötürdüyü açıqlanıb.



 

Mənbə

 

Tag və ya açar söz

Adnan Oktarın həbsinin təfərrüatları: Polisi görən kimi qaçdı - Foto

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter