قالب وردپرس درنا توس

ABŞ, İsrail və Səud qəbiləsi Azərbaycan ərazisindən İrana qarşı müharibə planı hazırlayırlar?

Bu barədə israilin məşhur “maariv” qəzeti yazr ki, SEPAH öz sərhədlərindən gələn hər hansı təhlkəyə görə tam hazırlıq vəziyətinə gətirilib. Qəzetin iddiasına görə, Amerika və israil, İranın bəzi qonşu ölkələri, o cümlədən Azərbaycanla gizli razılaşmalar imzalayıblar. Bu qəzet, rəsmi Bakının ABŞ və İsrailə öz hava limanlarından İran əleyhinə istifadə etməsinə razı olduğunu bildirir.

Qeyd edək ki, bir müddət əvvəl israilli siyasətçi Lev Spivak da Rusiya mətbuatına verdiyi müsahibəsində bəyan etmişdi ki, İrana qarşı müharibə baş verərsə, Azərbaycan İranın düşmənləri üçün əsas hərbi baza olacaq”. 

Sayt yazır ki, İran öz qonşularına bu məsələdə ABŞ və israillə hərbi və təhlükəsizlik razılaşmalarına görə xəbərdarlıq edib.

Qeyd: Bu xəbərin yanına, bir də müdafiə naziri Zakir Həsənovun Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləzizlə və Yəmən qətliamının əsas siması olan oğlu bin Salmanla görüşünü nəzərə alsaq, məsələ bir az da aydınlaşır. Belə olan halda, bir neçə sual bizi düşündürməyə bilməz: Görəsən, Vəhhabi rejiminin ölkəmizdə ABŞ və israillə müştərək mənafeyi olduğu hansı hərbi marağı var?

 

Yəməni qan gölünə çevirən Səudiyyə, Azərbaycan xalqının mənafeyi üçün hansı hərbi addım ata bilər? Və ən əsası, bu üç ölkənin İrana hansısa hərbi müdaxilə üçün ən münasb yer Azərbaycan olduğu halda, heç bir tədbir görməyiblər?

Aydın məsələdir ki, sionist rejim Azərbaycanla İranın arasını vurmaq və ölkədə xaos yaratmaq üçün əlindən gələni əsirgəmir. Əsas hədəf isə, İran İR-ni vurmaq üçün Azərbaycanı güdaza verməkdir.

Mən isə ərəblərin pulunun, ölkə rəsmilərini gicəlləndirməyəcəyinə inanmıram…

Xalq ayıq olmalıdır!!!

 

 

Əkrəm Hacızadə, Feysbuk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *