- Çərşənbə axşamı
Yanvar 20, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

"ABŞ, Fransa və Böyük Britaniya rəhbərləri cinayətkardırlar!" - Ayətullah Xamenei

2018/04/15, 13:51


Suriyaya hücum həyata keçirən ABŞ, Fransa və İngiltərəyə ən sərt reaksia İrandan gəlib.

Suriyaya hücum həyata keçirən ABŞ, Fransa və İngiltərəyə ən sərt reaksia İrandan gəlib.

İranın rəsmi şəxslər və İslam ölkələrinin Tehran səfirləri bu gün səhər saatlarında Ali Lideri Aytəullah Seyid Əli Xamenei ilə görüşüb.

Ayətullah Seyid Əli Xamenei görüş zamanı bildirib ki, "bu gün səhər saatlarında Suriyaya təşkil olunan hücum cinayətdir. Çox dəqiq şəkildə ABŞ, Fransa prezidenti və İngiltərə baş nazirinin cani olduqlarını və cinayət törətdiklərini elan edirəm. Onlar cinayət ediblər. Bir fayda də əldə etməyəcəklər. Belə ki, ötən illərdə İraq, Suriya və Əfqanıstanda bu kimi cinayətlərinə baxmayaraq bir fayda əldə etmədilər."

Ayətullah Xamenei həmçinin qeyd edib ki, dünənə qədər açıq və gizli olaraq İŞİDİ dəstəkləyənlər bu gün İŞİD-i məğlub etdiklərini iddia edirlər. Amma bu yalandır, belə bir şey yoxdur.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Duma şəhərində kimyəvi silahlardan istifadə edilməsi bəhanəsi ilə Suriya ərazisinə zərbə endirilməsi barədə əmr verib. Suriyanın vurulmasına Böyük Britaniya və Fransa da dəstək verib. ABŞ Hərbi Hava Qüvvələri Dəməşqdə yerləşən hərbi laboratoriyanı və Homsdakı hərbi bazaların birini "Tomaqavk" raketləri ilə vurub. ABŞ-ın atdığı raketlərdən bəzisi Dəməşqin Bərzə dairəsindəki tədqiqat mərkəzinə düşüb.   "SANA" dövlət televiziyası xəbər verir ki, Suriyanın Raket Əleyhinə Müdafiə sistemləri Dəməşqin cənubunda 13 raketi zərərsizləşdirib.

 

 

Mənbə

Tag və ya açar söz

"ABŞ، Fransa və Böyük Britaniya rəhbərləri cinayətkardırlar!" - Ayətullah Xamenei

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter