- Bazar
Fevral 22, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

ABŞ-ın bölgədəki bütün bazalarını vura bilərik - İranlı general

2018/02/11, 13:04


ABŞ-ın bölgədəki bütün bazalarını vura bilərik - İranlı general

İran İnqilab Keşikçiləri Qvardiyası komandanının müavini, briqada generalı Hüseyn Səlami bu gün keçirdiyi mətbuat konfarsında regionda baş verən proseslərlə bağlı bəzi açıqlamalar verib.

İran İnqilab Keşikçiləri Qvardiyası komandanının müavini, briqada generalı Hüseyn Səlami bu gün keçirdiyi mətbuat konfarsında regionda baş verən proseslərlə bağlı bəzi açıqlamalar verib.

 

İslam İnqilabı Məsləhətləşmələri Konfransı çərçivəsində jurnalistlərin suallarını cavablandıran general bildirib ki, Qərblə İran hər hansı bir raket razılaşması danışıqları aparmır: "Bütün dünya bu mövzuda rahat olmalıdır."

General əlavə edib ki, ABŞ-ın Suriyadakı iştirakı qeyri-qanunidir və mütləq uğursuz olacaq: "Sözsüz ki, amerikalılar bölgədən ayrılmaq məcburiyyətində qalacaq."

Daha sonra İsrailin İrana məxsus pilotsuz təyyarəni vurması ilə bağlı sualı cavablandıran Səlami, "biz İsrail tərəfindən səsləndirilən hər hansı bir iddianı cavablandırmırıq, çünki İsrail yalançıdır", - deyib.

İran ABŞ-ın bölgədəki bütün hərbi bazalarını vura biləcək gücdə olduğunu da sözlərinə əlavə edən general, "Avropalılar bilsin ki, bizim raketlərimiz müdafiə üçündür və biz bu gücümüzü artırmaqda müstəqilik" söyləyib.

 

 

 

Mənbə

Tag və ya açar söz

ABŞ-ın bölgədəki bütün bazalarını vura bilərik - İranlı general

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter