قالب وردپرس درنا توس
900-dən çox insanı qətlə yetirən və 200 qadını zorlayan İŞİD-çi

900-dən çox insanı qətlə yetirən və 200 qadını zorlayan İŞİD-çidən dəhşətli etiraflar – Video

İraqın Sincar əyalətində yaşayarkən İŞİD terroçularına əsir düşərək təcavüzə məruz qalan Sincarlı Şirin adlı yezidi xanım, İŞİD sıralarında döyüşərkən 900-dən çox insanı qətlə yetirən və 200-dən çox qadını zorlayan və hazırda həbs edilən İŞİD komandiri üzləşərək ona suallar verib

 

Bu səhnə BBC-nin xüsusi müxbiri olan xanım Stakey Dooley tərəfindən müsahibə şəklində lentə alınıb.  Sözügedən müsahibəni oxucularına təqdim edirik.

–          İŞİD-ə niyə qoşuldun?

–          Heç kimim yox idi, kasıbam. Yalnız Allahım var. Bu, mənim üçün yalnız pul məsələsi idi.

–          Nə qədər insan öldürdüyün barədə bir fikrin varmı?

–          Öz əlimlə öldürüb edam etdiyim insanların sayı təxminən 900 nəfərdir, təxminən bu qədər.

–          900? Sincara hücum edildikdə sən basqında iştirak edirdin?

–          Bəli, amma başlanğıcda deyil? Biz polis cildində saxta nəzarət-buraxılış məntəqələri qurmalı idik. Bir yük maşınının içində 30-40 nəfər olmalı Onları öldürməli idik. Mənim bəzi qohumlarım var ki, itiblər, indi yoxdurlar

–          Bir anlıq özünü öldürdüyün şəxsin yerinə qoy. O nə hiss edər?

–          O deyər ki “Məni öldürmə!” “Niyə öldürürsən məni? Nə etmişəm? Öldürülmək üçün nə etmişəm?”

–          Bu illər ərzində nə qədər qadın, nə qədər uşaq zorlamısan?

–          İllər ərzində mən onlarla olmuşam. 15-16 yaşlarında olanlar, bəlkə 50 və daha yaşlılar. 200-dən çox (zorlamışam)

–          Ağlından nə keçirdi? De mənə. De mənə ki, bu qızlar dayanman üçün çığıranda sən nə düşünürsən və sən dayanmır davam edirsən?

–           Cinsi əlaqə hissi gələndə heç kim onu idarə edə bilməz.  Bu çox güclü istəkdir. O məni dayandırmağa çalışanda, bilirsən… Amma mən onunla qurtaranda və onu ağlayan görəndə qəlbim onun üçün parçalanar.

–          Əgər yaxşı qəlbin var idisə sən üç qız götürməməli və onları hər gün zorlamamalı idin.

–          Siz düz deyirsiz. Lakin bizim hansı şəraitdə olduğumuzu bilirsiniz.

–          Xeyr, bu, üzr deyil.  Sən bundan həzz almısan.

–          Doğrudur.

 

 

Mənbə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *