- Cümə
Dekabr 19, 2018

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

11 sentyabr və ABŞ-Səudiyyə terrorizmin 15 illiyi

2016/09/12, 00:20


11 sentyabr və  ABŞ-Səudiyyə terrorizmin 15 illiyi

3 mindən çox amerikalının ölümü ilə nəticələnən 11 sentyabr hadisəsindən nəhayət 15 il sonra, Amerikanın Nümayəndələr Palatası bir layihəni təsdiqləyib.

3 mindən çox amerikalının ölümü ilə nəticələnən 11 sentyabr hadisəsindən nəhayət 15 il sonra, Amerikanın Nümayəndələr Palatası bir layihəni təsdiqləyib.

 

Layihəyə əsasənn hadisə qurbanlarının ailələri Ali-Səudiyyə hökumətindən şikayət edə bilər. Layihənin bu terror aktı qurbanlarının ədalətin icra olunmasından çəkindirə biləcəyi ehtimalı olsa da, bu arada nəhs amerikalı-səudiyyəli birləşməyə göz yummaq və dünyanın müxtəlif bölgələrində 15 illik amerikalı-səudiyyəli terrorizmindən söz açmamaq olmaz.

ABŞ Konqresinin 11 sentyabr terror aktlarının araşdırılması komitəsi son vaxtlar səudiyyə rejimin bu hadisələrin amillərinə maliyyə dəstəyi verməsini təsdiqləyib. 11 sentyabr hadisəsində 19 təyyarə qaçıranların 15 nəfəri Səudiyyə Ərəbistanı vətəndaşı olub. Son vaxtlar Amerikada və xarici ölkələrdə yayımlanan sənədlər təyyarə qaçıranların birbaşa və ya dolayısı ilə Ərəbistan hökumətinin diplomatları ilə əlaqədə olduğunu göstərir. Bundan əlavə, Reyqan prezidentliyi dövründə Amerikanın Dəniz Qoşunları komandanı Con Liman və eləcə də Amerikanın Respublikaçı siyasətçilərindən Con Makkeynin müşaviri açıq aşkar şəkildə Ərəbistanın 11 sentyabr hadisələrindəki rolunu ifşa ediblər.

Halbuki ABŞ Konqresi 2001-ci ildən indiyə qədər səudiyyəlilərə qarşı şikayətin irəli sürülməsi üçün qanun təsdiqləmək ardınca olmuşdur.

11 sentyabr hadisələri qurbanlarının ailələri Amerika Konqresindən istəmişdilər ki, Səudiyyə Ərəbistanına qarşı şikayətin tənzimlənməsinə şərait yaratsın. Konqresin layihəsi fiziki şəxslərin xarici hüquqi şəxslər və ölkələrdən şikayət etməsinə şərait yaradır.

Ərəbistan hədələyib ki, əgər Amerika bu qanunu təsdiqləyərsə, Amerika dövləti və digər Amerika şirkətlərində olan istiqraz vərəqələrini satışa çıxaracaq.

 

 

Mənbə

Tag və ya açar söz

11 sentyabr və ABŞ-Səudiyyə terrorizmin 15 illiyi

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter