قالب وردپرس درنا توس

“Əsl təhlükə İranın raketləri deyil, Amerikadır!” – Amerikalı politoloq

Amerikalı yazar və politoloq Marşa Frimen, İran ilə imzalanan nüvə sazişi başda olmaqla müxtəlif məsələlərdəki düşüncələrini Təsnimlə bölüşüb.

 

Avropa ölkələrinin İran ilə nüvə sazişinə alternativ yeni müqavilə imzalamaq istədiyini qeyd edən Nyu York Taymsın bu iddiasını qiymətləndirən Marşa Frimen, nüvə sazişinin Qərbi Asiya üçün mühüm və böyük bir saziş olduğunu bildirib: “Avropa Amerika ilə İran arasında vasitəçilik rolunu üzərinə götürmüş bir mövqedədir. Digər tərəfdən, Trampın nüvə sazişinə qarşı təhdidlərinin qarşısını almağa çalışır. Nyu York Taymsda Amerikanın şərtləri kimi ortaya atılan maddələr nüvə sazişinə uyğun deyil”.

Avropanın İranın raket proqramını məhdudlaşdırmaq istiqamətində bir sıra fəaliyyətlər yürütdüyünü bildirən Marşa Frimen, İranın malik olduğu raketlərin Avropa üçün təhlükə yaratdığına dair Avropadakı düşüncə barədə məlumatının olmadığını bildirib: “Əsl təhlükə İran təhlükəsinə qarşı Rusiya sərhədinə yerləşdirilmiş raket əleyhinə müdafiə sistemləridir. Digər tərəfdən, bu raket qalxanları kifayət qədər deyil və edilən sınaqlarda da uğurlu ola bilmədilər”.

Donald Trampın nüvə müqaviləsindən çıxmaq istəməsilə bağlı açıqlamalarını da qiymətləndirən amerikalı politoloq, belə danışıb: “Tramp dövlət başçısı kimi bu qərarı qəbul edə biləcək, ancaq Amerika daxilində bir çox fərqli fikirlər də mövcuddur”.

 

 

 

Mənbə

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *