قالب وردپرس درنا توس

Ərdoğan növbəti dəfə tüpürdüyünü yaladı. Terrorçuluqda ittiham etdiyi amerikalı keşiş Bronsonu azadlığa buraxdı – Video

Casusluqda, FETÖ və PKK terror təşkilatları ilə əlaqələrdə ittiham edilərək 35 il həbsi istənilən amerikalı rahib Endryu Bransonun məhkəmə prosesi başa çatıb. Məhkəmə Bransona 3 il 1 ay 15 gün həbs cəzası verib.

İstintaq prosesində həbsdə qaldığı müddət nəzərə alınaraq rahib barəsindəki ev həbsi və ölkə xaricinə çıxma qadağası aradan qaldırılıb və azadlığa buraxılıb.

Artıq keşiş Türkiyəni tərk edib. Brunsonu daşıyan təyyarə günün ilk saatlarında Almaniyaya enib. Brunsonun ölkəsi ABŞ-a getməzdən əvvəl Almaniyada sağlamlıq yoxlamasından keçiriləcəyi qeyd edilib.

Təyyarənin Almaniyaya enməsindən sonra Brunsonun ABŞ-a aid Ramştayn hava bazasına aparıldığı bildirilib. Amerikan keşişi qarşılayan ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenellin paylaşdığı fotoşəkildə Brunsonın ABŞ bayrağını öpdüyü görünür.

Amerikalı respublikaçı senator Lindsey Qraham isə çıxışında deyib ki, ABŞ-da yaşayan Fətullah Gülənin Türkiyəyə verilməsi müzakirə ediləcək: “Sözügedən şəxsin Türkiyə hökumətinə qarşı fəaliyyətinin olduğu ilə bağlı iddiaları araşdırcağıq.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Endryu Bransonun ancaq Fətullah Gülənin Türkiyəyə təhvil verdikdən sonra azad ediləcəyini dəfələrə söyləmişdi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *