Ərəbistanın 11 sentyabr hadisəsindəki rolu ilə bağlı yeni sənədlər aşkar edilib

Ərəbistanın 11 sentyabr hadisəsindəki rolu ilə bağlı yeni sənədlər aşkar edilib

Amerikada çıxan bir nəşr Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirliyinin 11 sentyabr hadisəsindəki rolu ilə bağlı yeni sənədlərin aşkar olmasından xəbər verib.

 

“Nyu-York Post” nəşri 11 sentyabr terror hücumlarının 17-ci ildönümü ərəfəsində yazıb ki, yeni sənədlər Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirliyinin təyyarələrin oğurlanmasının simulyasiyasını maliyyələşdirdiyini və simulyasiyanın səfirliyin iki əməkdaşı tərəfindən həyata keçirildiyini göstərir.

Bu məlumata əsasən, uçuş sınağı 11 sentyabr hücumundan 2 il əvvəl həyata keçirilib və Səudiyyə Ərəbistanı səfirliyinin iki əməkdaşı bu layihəni kursant qismində icra edibdir.

Əldə olunan sənədlər göstərir ki, Səudiyyə Ərəbistanı səfirliyi iki Səudiyyə səfirliyi işçisinin Feniks şəhərindən Vaşinqtona səfərinin xərclərini ödəyib və bu səfər məhz 11 sentyabrda təyyarənin oğurlanmasını simulyasiya etmək üçün həyata keçirilibdir.

New York Post-un bildirdiyinə görə, Səudiyyə Ərəbistanının Birləşmiş Ştatlardakı səfirliyində çalışan Muhəmməd əl-Qəzayin və Həmdan əl-Şəlavi Əfqanıstanda terrorçu qruplar, xüsusilə Əl-Qaidə ilə əlaqədə olmaq və təyyarə oğurluğunun sınağına səy göstərmək kimi bir çox qeyri-qanuni hərəkətlərdə ittiham olunurlar.

“Nyu-York Post” nəşrinin yazdığına əsasən, bu sənədlərin, xüsusilə də hazırkı şəraitdə və ABŞ prezidentinin Səudiyyə rejimi ilə şübhəli əlaqələri kontekstində aşkarlanması ikiqat əhəmiyyət kəsb edir.

 

 

 

 

Mənbə

 

Leave a Response